×
A
A
A
Sazlamalar

Noyabr ayının müavinət, təqaüd, ünvanlı yardımları da ödənilib

Bakı, 25 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün ödənilib.
Vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, bundan əvvəl, noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, noyabrın 15-də isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Beləliklə, bütün sosial təminat növləri üzrə noyabr ayının ödənişləri bu gün yekunlaşıb.

 

 

Sosial 2022-11-25 18:29:00