×
A
A
A
Sazlamalar

Göbələk istehsalı təsərrüfatında monitorinq aparılıb

Bakı, 25 noyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fitosanitar nəzarət tədbirləri çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən göbələk istehsalı təsərrüfatında monitorinq aparılıb.
Monitorinq zamanı təsərrüfatda yetişdirilən şampinyon göbələyindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb edilib. Müayinələr nəticəsində nümunələrdə zərərli orqanizm müəyyən edilməyib.
Monitorinq zamanı təsərrüfatda çalışan əməkdaşlara, rast gəlinə biləcək zərərli orqanizmlər və onlara qarşı mübarizə tədbirləri, təhlükəsizlik qaydalarına əməl olunması kimi zəruri tövsiyələr verilib.

 

Sosial 2022-11-25 18:21:00