×
A
A
A
Sazlamalar

ADA Universitetinin tələbələri ahıllarla görüşüblər

Bakı, 25 noyabr, AZƏRTAC

ADA Universitetinin bir qrup tələbəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət ediblər.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ziyarət zamanı tələbələrə müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Onlar burada ahıllara göstərilən xüsusi diqqət və qayğı ilə tanış olublar.
Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb. Burada kitabxana, idman zalları, əl işləri hazırlamaq üçün emalatxanalar fəaliyyət göstərir.
Görüşdə tələbələrin təşəbbüsü ilə “Ümid Yeri” uşaq evinin balaca sakinləri də iştirak ediblər. Azyaşlılar ahıllarla həmsöhbət olub, onlarla stolüstü və idman oyunları oynayıb, musiqi nümunələri ifa ediblər.
Tədbir ahılların, həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyıb.

Sosial 2022-11-25 16:14:00