Sebastian Stodolak: Qarabağda aparılan yenidənqurma prosesi Ukraynada müharibədən sonra görüləcək işlərə ilham verə bilər
Bakı, 25 noyabr, AZƏRTAC
“Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Qarabağın yenidən qurulması planlarını dinləmək çox maraqlı idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Polşanın beyin mərkəzi “Warsaw Enterprise” İnstitutunun İdarə Heyətinin üzvü Sebastian Stodolak söyləyib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş verənlərin, dağıntıların çox kədərli olduğunu vurğulayan S.Stodolak deyib: “Lakin indi əraziləri yenidən qurmaq üçün böyük şans var. Biz yəqin ki, Ukraynadakı müharibədən sonra oxşar problemlə üzləşəcəyik. Ukrayna da yenidən qurulmalıdır. Yəni, Qarabağda aparılan yenidənqurma prosesləri Ukraynada müharibədən sonra görüləcək işlərə ilham verə bilər”.
Moldova KİV-ləri Prezident İlham Əliyevin Macarıstana səfərinə geniş yer ayırıb
Bu gün Laçın-Xankəndi yolundan sülhməramlılara və BQXK-yə məxsus neçə avtomobil keçib?
Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə keçirdiyi dinləmələr başa çatıb
Laçın-Xankəndi yolu: Ekofəalların aksiyası gecə saatlarında da davam edir