Hakan Yavuz: Ermənistan otuz il boyunca münaqişənin həlli istiqamətində heç bir iş görməyib
Bakı, 25 noyabr, AZƏRTAC
“Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransı çox gözəl keçdi. Prezident İlham Əliyev Qarabağla bağlı problemləri, Azərbaycanın Avropa və Asiya üçün körpü ola bilməsi üçün həm avtomobil, həm də dəmir yollarının önəmini vurğuladı. Ermənistan bu istiqamətdə Azərbaycanla əməkdaşlıq edərsə, onlar da bu ticarətdən yararlana bilərlər. Əgər Ermənistan tərəfi əməkdaşlıq etmək istəməsə, Azərbaycan nəqliyyat-tranzit layihələrini Gürcüstan və Türkiyə ilə həyata keçirəcək vəziyyətdədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Yuta Universitetinin professoru Hakan Yavuz söyləyib.
“Bundan əlavə, Paşinyan Avropada keçiriləcək görüşlərdə Fransa prezidenti Emmanuel Makronun da iştirak etməsini istəyib. Bu, sanki azyaşlı uşağın “atam da yanımda olsun” deməsi kimidir. Ermənistan otuz il boyunca münaqişənin həlli istiqamətində heç bir iş görməyib. Onlar hazırda eyni siyasət yürütmək istəyirlər”, - deyə professor qeyd edib.
Aksiya iştirakçıları gecə saatlarında fəallıq göstərirlər
Laçın-Xankəndi yolu: Bu gün ekoaksiya ərazisindən 95 avtomobil sərbəst keçib
Xarici işlər nazirinin müavini Elnur Məmmədov Niderland Krallığına işgüzar səfər edib
Prezident İlham Əliyev: Yaşıl enerji layihəsi çox strateji və böyük sərmayə tələb edən layihədir