×
A
A
A
Sazlamalar

Sumqayıt Perinatal Mərkəzdə uşaqlardan götürülən test nümunələrinin nəticəsi bəlli olub

Sumqayıt, 24 noyabr, AZƏRTAC

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəzdə bu il oktyabrın sonunadək götürülən test nümunələrində heç bir xəstəlik aşkarlanmayıb.
Bu barədə AZƏRTAC-n bölgə müxbirinə TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Bildirilib ki, qurumun tabeliyindəki bütün doğum evlərində ödənişsiz olaraq yeni doğulanlardan topuq testi nümunələri götürülür.
Topuq testi yenidoğulmuşların topuq nahiyəsindən qan nümunəsi götürülməklə həyata keçirilir.
Qan nümunəsi vaxtında doğulan və qidalanmağa başlayan uşaqlardan doğuşdan 2 gün sonra, vaxtından tez doğulan uşaqlardan isə 1 həftə sonra götürülür.
Doğum evlərində götürülən nümunələr laborator müayinə üçün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna göndərilir. Təlimlərdən keçən həkim-genetiklər institutun laboratoriyasında “Guthrie kartları” adlandırılan xüsusi filtr kağızları üzərində 5 yerdə qeyd edilən qan nümunələrində fenilketonuriya (amin turşularının metabolizminin pozulması), qalaktozemiya (bədəndə artıq qalaktoza şəkərinin yığılması), kistik fibroz (metabolizm prosesinin pozulması), adrenogenetal sindromu (böyrəküstü vəzilərin irsi xəstəliyi) və hipotireoz (qalxanabənzər vəzinin funksiyasının zəifləməsi) xəstəliklərinin izlərini axtarırlar.

 

Regionlar 2022-11-24 18:44:00