×
A
A
A
Sazlamalar

Muxtar respublikada ÜDM-in həcmi 2,6 faiz artıb

Naxçıvan, 24 noyabr, AZƏRTAC

Muxtar respublikada 2022-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 446 milyon 943 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,6 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 5272,4 manat olub.

Regionlar 2022-11-24 17:00:00