Sumqayıt cüdoçuları beynəlxalq turnirdə növbəti uğur qazanıblar
Sumqayıt, 24 noyabr, AZƏRTAC
Sumqayıt idmançıları daha bir beynəlxalq yarışda fərqləniblər.
Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Türkiyənin Edirnə şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə iştirak edən Sumqayıt idmançıları növbəti uğura imza atıblar.
Gərgin mübarizə şəraitində keçən turnirdə idmançılaımızdan Fərrux Mehdiyev (60 kq) gümüş, Süleyman Şükürov (73 kq) və Sabir Əliyev (66 kq) bürünc medallara sahib olublar.
Qeyd edək ki, idmançıların məşqçiləri Fərid Ağakişiyev və Pərviz Baratovdur.
Kənd təsərrüfatı və sənaye sahəsində fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb
Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9,7 kilometr qısalacaq VİDEO
Şirvanda “44 gün – Tarixi zəfər” adlı üçcildliyin birinci cildinin təqdimatı keçirilib
Ölkənin ilk ödənişli avtomobil yolunda nəzarət-buraxılış məntəqələri quraşdırılır
Yardımlıda ictimai iaşə sahəsi üzrə göstəricilərdə artım qeydə alınıb