×
A
A
A
Sazlamalar

Şamaxıda ərzaq mağazasında nöqsanlar aşkarlanıb

Bakı, 24 noyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şamaxı regional bölməsinin əməkdaşları tərəfindən rayonun Şəhriyar qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Sarxanov İldırım Məmməd oğluna məxsus ərzaq mağazasında yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu, saxlama yerlərində təmizliyə nəzarətin zəif olduğu aşkar edilib, üzərində Azərbaycan dilində etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi müəyyən olunub.
Nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək tələblərə cavab verməyən mallar satışdan çıxarılıb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib.

Sosial 2022-11-24 11:44:00