Masallı sakinlərinin qaz təchizatına dair problemləri dinlənilib
Bakı, 24 noyabr, AZƏRTAC
“Açıq mikrofon” aksiyalarının keçirilməsində məqsəd qaz təchizatçısı olan “Azəriqaz” İB-nin rəhbərliyinə sizin müraciətlərinizi çatdırmaq və təmaslarımızı intensivləşdirməkdir.
İB-dən AZƏRTAC-a bildirilib ki, bu sözləri Lənkəran qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov Masallı rayonunda keçirilən “Açıq mikrofon” aksiyasında vətəndaşlarla görüşü zamanı deyib.
İdarə rəisi sakinlərdən aksiyada fəal olmalarını xahiş edib. Bildirib ki, sakinlərin qaldırdığı məsələlər yarana biləcək nöqsanların zamanında aradan qaldırılmasına köməklik göstərir.
Bundan əlavə, Əzizabad kəndindən, Xəlifələr kəndindən, Yeni Zuand kəndindən, Rüdəkəran kəndindən və Nəzəroba kəndindən sakinlər yaşadıqları məntəqələrin təbii qazla təmin olunması üçün Birlik rəhbərliyinə müraciətlərini “Açıq mikrofon”dan ünvanlayıblar.
Rayonun müxtəlif yaşayış məntəqələrindən aksiyada iştirak edən vətəndaşlar müraciətlərini sərbəst şəkildə bildiriblər. Belə ki, sakinlər aksiyada sonradan ödənişli qaz sayğacının (mexaniki tipli) öncədən ödənişli qaz sayğacı ilə (smart-kart tipli) əvəz olunması, qaz sayğacının yerinin dəyişdirilməsi, orta məktəbə təbii qazın açılışının təmin olunması və sair məsələlərlə bağlı müraciətlər də səsləndiriblər.
Ünvanlanan bütün müraciətlər araşdırılması üçün qeydə alınıb.
Gənclərin karyera və şəxsi inkişafı ilə bağlı görüş olub
Qardaş köməyi: Gəncədən Türkiyədə zəlzələdən əziyyət çəkənlərə dəstək
Kamil bir palançı olsa da insan…
Naxçıvandan Türkiyəyə ilkin olaraq 12 TIR yola düşüb
Lənkəranda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib