×
A
A
A
Sazlamalar

Kürdəmir şəhərində küçə və prospektlərinin işıqlandırma sistemi yenidən qurulur

Kürdəmir, 24 noyabr, AZƏRTAC

Kürdəmir şəhərində küçə və prospektlərin işıqlandırma sisteminin yenidən qurulmasına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Heydər Əliyev və Bakı prospektləri, “Gənc Heydərçilər”, 20 yanvar, Şəhidlər xiyabanı, eləcə də Aran qəsəbəsi daxil olmaqla 118 küçəsində işıqlandırma sistemi yenidən qurulacaq. Hazırda ilkin olaraq Bakı və Heydər Əliyev prospektlərində işlərə başlanılıb və bunun üçün 100 nəfərdən çox işçi qüvvəsi cəlb olunub.
Qeyd edək, ki, Kürdəmir şəhərində 68 kilometr uzunluğunda əraziyə 2300-ə yaxın yeni işıq dirəklərinin basdırılması nəzərdə tutulub.

 

Regionlar 2022-11-24 07:48:00