“Unibank Kommersiya Bankı”nın istiqrazları Bakı Fond Birjasında listinqə daxil olub
Bakı, 23 noyabr, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 12 min ədəd, nominal dəyəri min dollar, illik faiz dərəcəsi 8 faiz, tədavül müddəti 6 ildir. Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaq. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə etmək olar. Hərracda iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.
Fərdi baytarlıq xidməti ilə məşğul olan şəxslərin sosial öhdəlikləri azaldılıb
Vergiödəyicisi vergi uçotundan necə çıxa bilər?
Fond: Adi ipoteka kreditləri üzrə vətəndaşlardan 1770 müraciət daxil olub
Fevralın 3-nə USD/AZN rəsmi məzənnəsi
AİİB Azərbaycanın iqtisadi inkişaf prioritetlərini bundan sonra da dəstəkləyəcək