×
A
A
A
Sazlamalar

“İpoteka və Kredit Zəmanət Fondu” ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanət Fondu” ASC–nin AZ2068008682 ISIN-li, 70 milyon manat həcmində, 9360 gün tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı bir investor tərəfindən 1 sifariş təqdim edilib. Hərrac qiyməti 1000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 70 milyon manat olub. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 70 milyon manat təşkil edib. İstiqrazlar 2048-ci il iyulun 9-da ödəniləcək.

Maliyyə 2022-11-23 15:55:00