GDU-nun tələbələri “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyəti ilə bağlı məlumatlandırılıblar
Gəncə, 23 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətinin təbliği ilə bağlı tədbir təşkil olunub.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdən əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxış edən Universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) haqqında məlumat verərək, könüllülük fəaliyyətinin həyata keçirilməsi, mövcud imkanlar barədə söhbət açıb.
Tədbirdə iştirak edən 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin əməkdaşı Elnur Şabanzadə bildirib ki, “ASAN xidmət” mərkəzlərində könüllülərə bilik, ilkin əmək vərdişləri və dövlət orqanının işi ilə yaxından tanış olmaq şansı verilir, gənclərin dövlət qulluğu tərbiyəsinə yiyələnmələrinə kömək göstərilir.
Sonda GDU-nun tələbələrinin “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətinin həyata keçirilməsi üçün ilkin müraciətləri qəbul edilib.
Azərbaycan ABŞ, Yaponiya, Türkiyə, Avropa və ərəb ölkələrinə gül yağı ixrac edir
İlk dəfə rayon mərkəzi xəstəxanasında ürək-damar cərrahiyyəsi mümkün olacaq
Həvəskar balıqçılar həyəcan təbili çalırlar - REPORTAJ VİDEO
Son beş ildə Ağdam rayonunda 167 yeni subartezian quyusu qazılıb