Masallıda Fikrət Əmirovun 100 illiyi qeyd olunub
Masallı, 23 noyabr, İlkin Adıyev, AZƏRTAC
Masallı Onbirillik İncəsənət Məktəbində görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, məktəbin şagird və müəllim kollektivi, həmçinin şəhid valideyni iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbin Nəzəriyyə şöbəsinin müdiri Vəfa Dövlətova çıxış edərək, bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib.
Sonra şagird və müəllimlərin iştirakı ilə bəstəkarın müxtəlif janrlı əsərləri ifa edilib.
Qeyd edək ki, məktəbin direktoru və bir qrup müəllimin iştirakı ilə Bakıda Fəxri xiyabanda bəstəkarın məzarı ziyarət edilib, üzərinə əklil qoyulub.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir
Mingəçevir Dövlət Universitetində qazilər və gənc fəallarla görüş keçirilib
Qəbələdə Gənclər Gününə həsr olunan intellektual yarışın qalibləri mükafatlandırılıb
Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan “Zəfər ağacı”