Kürdəmirdə üç ailənin yaşadığı fərdi yaşayış evində yanğın olub VİDEO
Kürdəmir, 23 noyabr, AZƏRTAC
Kürdəmirdə üç ailənin yaşadığı fərdi yaşayış evi yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə saat 11 radalərində rayonun Atakişilli kəndində qeydə alınıb. Belə ki, kənd sakini Maşallah Ağakişi oğlu Abışova məxsus ikimərtəbəli, 6 otaqlı, ümumi sahəsi 280 kvadratmetr olan evin 140 kvadratmetr hissəsi əşyaları ilə birlikdə yanıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə küçməsinin qarşısı alınıb. İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində yaranan qısa qapanma olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Ağdamda şəhid Rahib Məmmədovun xatirəsi anılıb
Azərbaycanda idmanın inkişafı və gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir
AQTA: Abşeronda bir sıra ticarət obyektlərində ciddi nöqsanlar ortaya çıxıb