×
A
A
A
Sazlamalar

Ölkəmizdə “AzMUN” proqramı çərçivəsində BMT Modeli klubu fəaliyyətə başlayıb

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Memarlıq və İnşaat, Azərbaycan Dillər, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərinin BMT Modeli klubu fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, klublar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və BMT-nin Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilən “AzMUN” proqramı çərçivəsində yaradılıb.
Klublar tərəfindən BMT orqanlarının simulyasiyaları həyata keçiriləcək, eyni zamanda, tələbələr həm müxtəlif ölkələri, həm də beynəlxalq təşkilatları təmsil edərək müxtəlif mövzularda debatlar və müzakirələr aparacaqlar.

Sosial 2022-11-23 01:20:00