Mingəçevir Dövlət Universitetində “Müasir təhsil trendləri və süni intellekt” mövzusunda seminar keçirilib
Bakı, 23 noyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Müasir təhsil trendləri və süni intellekt” mövzusunda seminar keçirilib.
MDU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda universitetin akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Universitetin İnformasiya texnologiyaları kafedrasının müəllimi Elçin Tağıyev təqdimatla çıxış edərək dördüncü sənaye inqilabı şəraitində təhsilin əsas inkişaf trendləri, informasiya texnologiyalarının müasir inkişafı, “Machine Learning”, “Deep Learning”, elektron və virtual reallıq barədə ətraflı məlumat verib.
İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və təqdim edilən suallar cavablandırılıb.
Tovuzda əl işlərindən və kiçik istehsaldan ibarət satış-sərgi keçirilib
Mingəçevir Dövlət Universitetində imtahan sessiyası davam edir
“Azərişıq” ASC-nin sədri İsmayıllıda vətəndaşlarla görüşəcək
Sumqayıtlı idmançıların ölkə birinciliyində uğurları
Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar