Masallıda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Masallı, 22 noyabr, İlkin Adıyev, AZƏRTAC
Masallıda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir. Bu münasibətlə Masallı rayonunda tədbir keçirilib.
Əvvəlcə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və icra aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri Masallı şəhər Heydər Əliyev Parkında ümummilli lider Heydər Əliyevin abidəsini, sonra “Qəhrəmanlar parkı - Şəhidlər abidə kompleksi”ni ziyarət edərək xatirələrini böyük ehtiramla yad edib, önünə tər gül dəstələri düzüblər.
İcra başçısı müstəqil Azərbaycan dövlətinin qurucusu, dünyaşöhrətli siyasi xadim ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən, demokratik hüquqi dövlət quruculuğu istiqamətindəki həyata keçirdiyi uğurlu siyasətdən danışıb, ədliyyə işçilərinin peşə bayramını təbrik edib.
Ağdamda şəhid Rahib Məmmədovun xatirəsi anılıb
Azərbaycanda idmanın inkişafı və gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
Ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir
AQTA: Abşeronda bir sıra ticarət obyektlərində ciddi nöqsanlar ortaya çıxıb