×
A
A
A
Sazlamalar

Uşaqlarla əlaqədar sosial ödənişlər üçün illik 650 milyon manat xərclənir

Bakı, 22 noyabr, AZƏRTAC

Sosial təminat sistemi əhatə etdiyi əhali qruplarından biri də qanunvericilikdə nəzərdə tutulan kateqoriyalara aid olan uşaqlardır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə il ərzində ölkəmizdə uşaqlarla bağlı sosial ödənişlər 611 min şəxsi əhatə edir. Bu ödənişlər üçün illik 650 milyon manat vəsait xərclənir.
Hazırda18 yaşadək əlilliyi olan şəxs kimi 50 min, ailə başçısını itirdiyinə görə166 min, aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdə böyüdüyünə görə 160 min uşaq ödəniş alır. İşləyən valideynlərdən 35 mini 3 yaşadək uşaqlara qulluğa görə, 120 min uşağın anadan olmasına görə isə valideynlərə birdəfəlik müavinət verilir.
Şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, 5-dən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları və s. kateqoriyadan olan 30 min uşaq,18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlər və valideyn himayəsindən məhrum uşaqların qəyyumları kimi 50 min şəxsə sosial ödənişlər həyata keçirilir.
Aparılan siyasətin əsas məqsədi sosial müdafiə sistemində ünvanlılığın təmin edilməsi, sosial ödənişlərin bu təminata ehtiyac duyan həssas qruplara yönəldilməsidir.

Sosial 2022-11-22 12:32:00