Bloomberg: İlon Mask 2022-ci ildə 100 milyard dollardan çox pul itirib
Bakı, 22 noyabr, AZƏRTAC
Dünyanın ən varlı insanı olan sahibkar İlon Mask 2022-ci ildə 100 milyard dollardan çox pul itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb. Məlumata görə, İlon Maskın varidatı bütövlükdə 100,5 milyard dollar azalıb. Bununla belə, o, yenə də planetin ən varlı insanı olaraq qalır və 169,8 milyard dollar sərvətə sahibdir.
Agentlik qeyd edir ki, təkcə bazar ertəsi günü Maska məxsus elektrik avtomobil istehsalçısı olan Tesla kompaniyasının səhmlərinin iki ilin ən aşağı səviyyəsinə düşməsi nəticəsində sahibkar 8,6 milyard dollar itirib.
Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub
Türkiyədə zəlzələ nəticəsində 1498 nəfər həlak olub, 8 min 533 nəfər yaralanıb VİDEO
AFAD: Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1121 nəfərə çatıb