Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar
Vaşinqton, 10 may, AZƏRTAC
ABŞ Prezidenti Cozef Baydenin İsrailə silah tədarükünü təxirə salması ilə bağlı açıqlaması Respublikaçılar Partiyasını hiddətləndirib.
AZƏRTAC xəbər verir ki, Respublikaçı senatorlar bir araya gələrək ABŞ Prezidentini İsrailin təhlükəsizliyinə sarsılmaz dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar. Çıxışlar zamanı bəzi senatorlar impiçment tələb ediblər.
Onlar bildiriblər ki, Bayden 2019-cu ildə Donalt Trampın qanun pozmasını təkrarlayıb və o zaman da ABŞ Nümayəndələr Palatası Ukraynaya təhlükəsizlik yardımını saxladığı üçün Trampa qarşı impiçment məsələsini qaldırmışdı.
CNN-ə müsahibəsində Bayden Qəzzada əhalinin sıx yaşadığı Rəfah şəhərini işğal edəcəyi halda İsrailə yardımları dayandıracağını açıqlayıb. Respublikaçılar bu mövqe ilə Baydenin universitet nümayişçilərini və fələstinliləri dəstəkləyən solçu fəalları sakitləşdirməyə çalışmaqda ittiham edirlər. Belə ki, prezident seçkiləri ərəfəsində Bayden İsraili dəstəklədiyinə görə gənc seçicilərin və ABŞ-dakı ərəb icmasının kəskin mövqeyi ilə üzləşir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
BMT-nin Baş katibi İran Prezidenti İbrahim Rəisinin ölümü ilə əlaqədar başsağlığı verib
Monteneqro müstəqilliyinin 18-ci ildönümünü qeyd edir
Əfqanıstanda avtobus qəzasında 5 nəfər ölüb, 11 nəfər yaralanıb