Rusiya İranla birgə PUA-ların istehsalına başlanacağı xəbərini inkar edir
Moskva, 21 noyabr, AZƏRTAC
Rusiya İranla birgə pilotsuz uçuş aparatlarının istehsalına başlanacağı xəbərini inkar edib.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualına cavabında bu məsələni xəbəri yayan “The Washington Post” qəzeti ilə dəqiqləşdirməyi məsləhət görüb. Onun sözlərinə görə, Rusiya qəzetin bu informasiyanı haradan almasından xəbərsizdir.
D.Peskov, həmçinin Rusiya Prezidenti Vladimir Putinin noyabrın 23-də Yerevana səfər edəcəyini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində iştirakını təsdiqləyib. Kremlin sözçüsü Rusiya Prezidentinin Ermənistanın baş naziri ilə ikitərəfli görüş keçiriəcəyini də diqqətə çatdırıb.
D.Peskov Rusiya Prezidentinin fransalı həmkarı Makronla telefon danışığının gözlənilmədiyini də qeyd edib. Belə ki, G20 sammitindən sonra E.Makron Rusiya dövlətinin başçısı ilə telefonla danışacağını bildirmişdi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
ABŞ şirkətlərinə “Huawei”yə avadanlıq ixracı üçün lisenziya vermək dayandırılıb
Fransa qırıcı pilotları hazırlamaq üçün Ukraynanın müraciətinə baxır
Donald Tramp 2024-cü il seçkiləri üçün kampaniyaya başlayır
“SpaceX”: Nigeriya “Starlink” internet şəbəkəsinə qoşulub
Bloomberg: Almaniya Rusiya enerji təchizatından asılılığı azaltmaq istəyir