Polşa Almaniyadan hava hücumundan müdafiə sistemləri ala bilər
Varşava, 21 noyabr, AZƏRTAC
Polşanın Ukrayna ilə həmsərhəd ərazidə yerləşən Pşevoduv kəndinə raketlər düşdükdən sonra bu ölkəyə Almaniyadan konkret yardım təklifi gəlib.
AZƏRTAC xəbər verir ki, Polşa mətbuatı Almaniyanın müdafiə naziri Kristine Lambrextin açıqlamasına geniş diqqət ayırıb. Almaniyalı nazir yeni reallıqlar fonunda qonşu ölkəyə dəstək ifadə edib və “Patriot” hava hücumundan müdafiə sistemləri və “Eurofighter” qırıcıları ilə yardım edə biləcəklərini bildirib.
Nazirin sözlərinə görə, hava məkanının təhlükəsizliyinin təmin edilməsi üçün rəsmi Berlin Polşaya təklif verib. Hazırda Slovakiyada oxşar fəaliyyətin həyata keçirildiyini qeyd edən nazir 2023-cü ilin sonu və ya daha uzun müddətdə Slovakiyanın hava məkanının qorunmasında alman hərbçilərinin iştirak edəcəyini vurğulayıb.
Qeyd edilib ki, NATO öz hava hücumundan müdafiə sistemlərini yaxşılaşdırmalıdır. Bu istiqamətdə Rusiya və Ukrayna ilə həmsərhəd ərazidə yerləşən Baltikyanı ölkələr, Polşa və Slovakiya kimi NATO tərəfdaşları dəstəklənməlidir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
Pakistanda avtobus qəzası nəticəsində azı 41 nəfər ölüb VİDEO
Çin Yaponiya vətəndaşlarına viza verilməsini bərpa edib
İsrail terror hücumlarından sonra vətəndaşların silah almasını asanlaşdırır
Kolumbiya polisi rekord miqdarda kokain müsadirə edib
ABŞ Prezidenti Co Bayden sosial mediada ən çox izlənilən dünya lideridir