Bir qrup 18 yaşınadək əlilliyi olan şəxsin reabilitasiyası başa çatıb
Bakı, 21 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Qubada yerləşən sanatoriya-kurort və müalicə mərkəzinə göndərilən 18 yaşınadək əlilliyi olan şəxslərin reabilitasiyası başa çatıb.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar "Shahdag Guba & Truskavets Medical Sanatorium"da 14 gün müddətində müxtəlif müalicə prosedurlarına cəlb olunublar.
Müalicə prosedurlarının son günündə uşaqlar üçün ədəbi-bədii tədbir təşkil edilib.
Qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb
AAYDA-nın “Çağrı Mərkəzi”nə 234 zəng daxil olub
Yeni qanunla minimum aylıq pensiya 280 manata çatdırılıb
BMT-nin Sosial İnkişaf üzrə Komissiyasının sessiyası çərçivəsində ikitərəfli görüşlər keçirilib
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edildi