×
A
A
A
Sazlamalar

“Gənc təxliyəçi” adlı praktiki seminar keçirilib

Bakı, 21 noyabr, AZƏRTAC

Sumqayit şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə “Gənc təxliyəçi” adlı praktiki seminar keçirilib.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminarın məqsədi “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndlərindən irəli gələn məsələlərin həlli, gənclərin fövqəladə hallara hazırlıq, ilk yardım, şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşmaları sahəsində maarifləndirilməsidir.
Cəmiyyətın Sumqayıt şəhər bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsinin üzvləri iştirakçılara ilk yardımın əsasları, huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr və yanıqlar mövzusu ətrafında məlumatlar verib və praktiki məşğələlər nümayiş etdirilib.

Sosial 2022-11-21 11:04:00