×
A
A
A
Sazlamalar

Naftalan şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi artıb

Naftalan, 21 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Yanvar-sentyabr aylarında Naftalan şəhərində əhaliyə 17568,2 min manatlıq ödənişli xidmətlər göstərilib. Ödənişli xidmətlər keçən ilin müvafiq dövrünə nisbətən 29,0 faiz artıb.
Şəhər Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 17315,5 min manat, fiziki şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 252,7 min manat olub.
Əhaliyə göstərilən ödənişli xidmətin 14,6 faiz və ya 2557,7 min manatı dövlət, 85,4 faiz və ya 15010,5 min manatı qeyri-dövlət mülkiyyətinin payına düşür.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində 130,8 min manatlıq məişət xidməti göstərilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.

 

 

Regionlar 2022-11-21 10:56:00