Portuqaliyada “Qadın, həyat, azadlıq” şüarı altında yürüş keçirilib
Lissabon, 21 noyabr, AZƏRTAC
Portuqaliyanın paytaxtı Lissabonda onlarca iranlı öz ölkəsində qadınların və bütün xalqın azadlığını dəstəkləmək əlaməti olaraq şəhərin küçələrinə çıxıb.
AZƏRTAC xəbər verir ki, “Qadın, həyat, azadlıq” şüarı altında keçirilən etiraz aksiyasına BMT-nin Əhali Fondunun (YUNFPA) səfiri Katarina Furtado da qoşulub. Səfir yürüşdə çıxış edib.
Etirazçılar beynəlxalq ictimaiyyəti İranda qadınlar və bütün xalq barəsində törədilən haqsızlıqlara qarşı tədbir görməyə və siyasi məhbusları azad etməyə çağırıblar.
İrandakı etirazçılara həmrəylik əlaməti kimi Lissabonda keçirilən aksiya Portuqaliya da daxil olmaqla 25 ölkədə hazırda İranda baş verən hadisələrə dəstək təşəbbüsünün tərkib hissəsidir.
Sentyabrın 16-da guya İslam Respublikasının ciddi geyim qaydalarının pozulmasına görə “əxlaq polisi” tərəfindən saxlanmış 22 yaşlı Məhsa Əmininin ölümündən sonra etirazlar dalğası bütün İranı təlatümə gətirib.
Pakistanda avtobus qəzası nəticəsində azı 41 nəfər ölüb
Çin Yaponiya vətəndaşlarına viza verilməsini bərpa edib
İsrail terror hücumlarından sonra vətəndaşların silah almasını asanlaşdırır
Kolumbiya polisi rekord miqdarda kokain müsadirə edib
ABŞ Prezidenti Co Bayden sosial mediada ən çox izlənilən dünya lideridir