Ağdam şəhərindəki Şəhidlər xiyabanı ziyarət olunub
Ağdam, 20 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdamın işğaldan azad olunmasının ikinci ildönümü münasibətilə şəhərdəki Şəhidlər xiyabanı ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və nümayəndəliyin əməkdaşları, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru və qurumun nümayəndələri, hərbçilər, şəhid ailələri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Ağdam ərazisində çalışan şirkət və qurumların işçiləri, həmçinin Ağdam könüllüləri olan bir qrup gənc şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Şəhidlərin xatirəsi əks olunan lövhə önünə gül çələngi qoyulub.
Ağdamın işğaldan azad edilməsinin ikinci ildönümü ilə əlaqədar Ağdam Konfrans Mərkəzində rəsmi tədbir və konsert proqramı olacaq.
Ötən il Şəkidə 327 yeni iş yeri açılıb
Ötən il Qaxda tikinti işlərinin həcmi iki dəfəyə yaxın artıb
Siyəzəndə 27 yaşlı qadın dəm qazından boğularaq ölüb
Siyəzəndə avtomobil oğrusu saxlanılıb
Astarada qeyri-ərzaq mallarının satışında 43 faiz artım qeydə alınıb