AYİB rəsmisi Kamola Mahmudova: Azərbaycanın alternativ enerjinin istehsalında lider olmaq şansı var
Bakı, 18 noyabr, AZƏRTAC
Cari ilin sentyabrında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri oldum. Bu, mənim üçün böyük şərəfdir. AYİB Azərbaycanda bir çox layihələr həyata keçirir və “yaşıl layihələr” mənə xüsusilə zövq verir. Bu gün Azərbaycanın bərpaolunan enerji istehsalında və beynəlxalq nəqliyyat mərkəzinə çevrilməkdə lider olmaq şansı var.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Özbəkistanlılar xaricdə” layihəsi çərçivəsində Qazeta.Uz-a (Газета.Uz) müsahibəsində Bankın nümayəndəliyinin rəhbəri Kamola Mahmudova deyib.
"Gəncədə biz iki belə layihə həyata keçiririk. Birincisi, tullantıların emalı və xəstəliklərə yoluxma riskinin azalması, ikincisi bütün şəhərin LED işıqlandırması ilə bağlıdır. Tullantıların təkrar emalı təbiətin qorunmasında və səhiyyə xərclərinin azaldılmasında böyük rol oynayır. Gəncədə şəhər işıqlandırmasının optimallaşdırılmasına da kömək edirik, yəni şəhərdə işıq beş dəfə çox olacaq və xərclər 76 faiz azalacaq”, - deyə Kamola Mahmudova qeyd edib.
Müsahibədə xatirələrini bölüşən, maraqlı məqamları diqqətə çatdıran AYİB rəsmisi doğma ölkəsinə olan sevgisindən də danışır. 25 ildir Özbəkistanda yaşamayan Kamola Mahmudova bunun xərçəng xəstəliyi olan uşaqlara kömək etməsinə və Buxarada ağac əkməsinə mane olmadığını bildirib.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir