Əmək və əhalinin sosial müdafiəsi naziri Qəbələ rayonunda vətəndaşları qəbul edəcək
Bakı, 16 noyabr, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 25-də Qəbələ rayonunda Qəbələ və İsmayıllı rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar noyabrın 16-dan 22-dək nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Konstitusiya Məhkəməsinin Plenumu Şəki Apellyasiya Məhkəməsinin müraciətinə baxaraq qərar qəbul edib
Qida sahəsində fəaliyyət göstərən 20 müəssisədə nöqsanlar aşkar olunub
Azərbaycan və Monteneqro arasında əməkdaşlıq əlaqələri genişlənir
Yoxlamalar zamanı qida sahəsində fəaliyyət göstərən 79 müəssisədə nöqsanlar aşkarlanıb