×
A
A
A
Sazlamalar

Sosial Xidmətlər Agentliyinin sədri şəhid kapitan Hikmət Hacıyevin ailəsini ziyarət edib

Bakı, 16 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Şəmkirdə şəhid kapitan Hacıyev Hikmət Şubay oğlunun ailəsini ziyarət edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı şəhidin vətənpərvərliyi və döyüşlər zamanı göstərdiyi şücaətlərdən bəhs olunub. Bütün şəhidlərimiz kimi, Hikmət Hacıyevin də əziz xatirəsinin hər birimizin qəlbində əbədi yaşayacağı vurğulanıb.
Ailənin, həmçinin şəhidin bizlərə əmanəti olan iki azyaşlı övladının bundan sonra da daim qayğı ilə əhatə olunacağı qeyd olunub.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində şəhid olan Hikmət Hacıyev Prezident İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları, III dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Şəhidin ailəsi sosial dəstək tədbirləri ilə əhatə olunub, həmçinin ailəyə sosial ödənişlər təyin edilib.

Sosial 2022-11-16 13:43:00