×
A
A
A
Sazlamalar

Ölkə əhalisinin sayı 10 milyon 204 min 774 nəfərə çatıb

Bakı, 16 noyabr, AZƏRTAC

İlin əvvəlindən ölkə əhalisinin sayı 48 min 408 nəfər və ya 0,5 faiz artaraq oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 204 min 774 nəfərə çatıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini isə kənd sakinləri təşkil edib. Kişilərlə qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.

Sosial 2022-11-16 13:44:00