×
A
A
A
Sazlamalar

Qida istehsalında şəxsi gigiyena qaydalarına dair növbəti təlim təşkil edilib

Bakı, 15 noyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutu ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, növbəti təlim “Al Market” mağazalar şəbəkəsinin əməkdaşları üçün “Qida istehsalında şəxsi gigiyena” mövzusunda keçirilib.
Təlimdə iştirakçılara qida zəncirinin bütün mərhələlərində yerinə yetirilməsi vacib olan gigiyena qaydaları barədə məlumat verilib. Həmçinin qida təhlükəsizliyində şəxsi gigiyenanın önəmindən və təmizlik qaydalarından danışılıb. Qida istehsalı zamanı şəxsi gigiyena qaydalarına əməl olunmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Təlim zamanı şəxsi gigiyena ilə əlaqədar aparılmış tədqiqatların nəticələrinə dair görüntülər nümayiş etdirilib. Eyni zamanda, təlimdə iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim olunub.
Təlimdən sonra iştirakçılar nümunəvi ictimai-iaşə müəssisəsinin fəaliyyəti, o cümlədən orada gigiyena qaydalarına əməl edilməsi vəziyyəti ilə tanış olublar.

Sosial 2022-11-15 17:00:00