×
A
A
A
Sazlamalar

Sosial xidmət müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Bakı, 11 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov agentliyin sosial xidmət müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Vüqar Behbudov Prezident İlham Əliyevin yürütdüyü uğurlu sosial siyasət nəticəsində həssas kateqoriyadan olan vətəndaşların daim qayğı ilə əhatə olunması üçün tədbirlər həyata keçirildiyini, ölkəmizdə sosialyönümlü layihələrin davamlı xarakter daşıdığını və sosial dəstəyə ehtiyacı olan bütün şəxsləri əhatə etdiyini bildirib.
Görüşdə qeyd edilib ki, imtiyazlı kateqoriyadan olan vətəndaşların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bərabər, onların keyfiyyətli sosial xidmətlərə cəlb edilməsi üçün də mühüm addımlar atılır. Sosial Xidmətlər Agentliyi tərəfindən ehtiyacı olan bütün yaş kateqoriyasından olan vətəndaşlar müxtəlif sosial xidmətlərlə təmin olunur. Agentliyin bütün ölkəni əhatə edən 12 filialı və 13 müəssisəsi vətəndaşlara səyyar və stasionar xidmətlər göstərir və həmin xidmətlər minlərlə şəxsi əhatə edir.
Görüşdə müəssisələrdə göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması, vətəndaşların həmin xidmətlərə əlçatanlığının yüksəldilməsi, eləcə də xidmət şəbəkəsinin genişləndirilməsi və digər vacib məsələlər müzakirə olunub.

Sosial 2022-11-11 13:21:00