Quş qripi xəstəliyi ilə əlaqədar İraqın Səlahəddin və Bəsrə əyalətlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb
Bakı, 10 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, İraq Respublikasının Səlahəddin və Bəsrə əyalətlərində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
İraq Respublikasının həmin əyalətlərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, yüksək patogen quş qripi xəstəliyinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və xəstəliyə görə həmin ərazilərdə epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar, respublika ərazisinin quş qripindən qorunması məqsədilə İraqın həmin əyalətlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
Bu il Azərbaycan və Rusiya birgə feromon tələlər istehsal edəcəklər
Regional Əlaqələndirmə Mərkəzi qəhvəyi mərmər bağacığı ilə bağlı tədbirləri davam etdirir
Dərzi və xalçaçılıq üzrə yeni peşə kurslarına başlanılıb
Pestisid və aqrokimyəvi maddələrin düzgün tətbiqi qaydaları sahibkarlara izah olunub
Gəncədə ət satışı mağazasında qanunsuzluq halları aşkarlanıb