Avstriyada yaşayan soydaşlarımız Zəfər yürüşünə qoşulublar
Vyana, 7 noyabr, AZƏRTAC
Avstriyada yaşayan bir qrup soydaşımız 8 Noyabr-Zəfər Günü münasibətilə bir neçə ölkədə təşkil edilən "Victory Hiking" (Zəfər yürüşü) təşəbbüsünə qoşulublar.
AZƏRTAC xəbər verir ki, Vyanada yaşayan bir qrup azərbaycanlı bu münasibətlə şəhərin mərkəzindən yaxınlıqdakı Kahlenberq dağına yürüş təşkil ediblər. Onlar Vyana şəhərinin ən yüksək nöqtəsi olan Kahlenberq dağında dünya azərbaycanlılarını Zəfər Günü münasibətilə təbrik ediblər.
Qeyd edilməlidir ki, Zəfər yürüşü ideyası bu ilin avqust ayında təşkil olunmuş Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi çərçivəsində yaranıb və dünyanın müxtəlif ölkələrində soydaşlarımız tərəfindən həyata keçirilir.
Rustavi şəhərində Gürcüstan Azərbaycanlılarının Təhsil və Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb
İstanbul valisi: Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədədir
Almaniyadakı Azərbaycanlı Həkimlərin III Forumuna hazırlıq məsələləri müzakirə olunub