×
A
A
A
Sazlamalar

“Murov” voleybol klubu avrokuboklardakı növbəti oyunlarını da Bakıda keçirəcək


Bakı, 29 oktyabr, AZƏRTAC

Kişi voleybolçulardan ibarət “Murov” komandası avrokuboklardakı növbəti oyunlarını da evdə keçirəcək.
AZƏRTAC xəbər verir ki, Çağırış kuboku yarışında mübarizə aparan “Murov” 1/16 final mərhələsində Avstriyanın “Qrats” klubu ilə öz meydanında görüşəcək.
Qarşılıqlı razılığa əsasən, hər iki oyun Bakı Voleybol Mərkəzində təşkil olunacaq. Noyabrın 8-dəki ilk görüşdə meydan sahibi Avstriya təmsilçisi olacaq. Ertəsi gün keçiriləcək cavab qarşılaşmasında “Murov” rəqibini qəbul edəcək. Komandalar ilk oyuna saat 19:00-da, ertəsi gün isə saat 18:00-da çıxacaq.
“Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə iki dəfə Bakıda qarşılaşıb. Azərbaycan çempionu bu oyunlarda 3:0 və 3:1 hesabı ilə qalib gəlib.

 

İdman 2022-10-29 11:29:00