×
A
A
A
Sazlamalar

AERA xarici enerji tənzimləyici qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirir

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) enerji tənzimləmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici enerji tənzimləyici qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirir.
AERA-dan AZƏRTAC-a bildirilib ki, Agentliyin İdarə Heyətinin sədri Samir Axundov Gürcüstanda “Bərpaolunan enerji mənbələri üzrə investisiyalar” mövzusunda keçirilən konfrans çərçivəsində Enerji Tənzimləyicilərinin Regional Birliyinin (ERRA) Rəyasət Heyətinin üzvü, Avstriyanın enerji tənzimləyici qurumunun (E-Control) beynəlxalq əlaqələr üzrə direktoru Dietmar Preinstorfer ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Avstriyanın enerji tənzimləyici qurumlarının fəaliyyəti ilə bağlı məlumatlar bölüşülüb və qarşılıqlı təcrübə mübadiləsi üçün birgə həyata keçiriləcək tədbirlər müzakirə edilib.

Energetika 2022-10-28 17:46:00