×
A
A
A
Sazlamalar

Masallıda “Dini vəhdət-milli birlik” adlı seminar təşkil olunub

Bakı, 25 oktyabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Masallı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Masallıda din xadimləri üçün “Dini vəhdət-milli birlik” adlı üç günlük seminar keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, üç günlük seminar çərçivəsində din xadimlərinin iştirakı ilə Masallı şəhər “Cümə” məscidində vəhdət namazı qılınıb, Qəhrəmanlar parkı, “Şəhidlər” abidə kompleksi ziyarət edilib.
Tədbirdə seminar iştirakçılarına ekspertlər tərəfindən mühazirələr oxunub, maarifləndirici xarakterli film və videoçarxlar nümayiş olunub.
Qeyd edək ki, seminarda yerli, həmçinin Oğuz, Qəbələ və Şamaxıdan olan din xadimləri də iştirak ediblər. Seminarın məqsədi ölkəmizdəki məzhəblərarası münasibətlər, multikulturalizm və tolerantlıq mühitinin gücləndirilməsi, dini vəhdət və milli birliyimizin möhkəmləndirilməsidir.

 

Din 2022-10-25 15:58:00