Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun iclası keçirilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun tərkibində yaradılmış alt İşçi Qrupun növbəti iclası keçirilib.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, alt İşçi Qrupun sədri, Agentliyin direktoru Cavid Abdullayev iclası giriş sözü ilə açaraq İşçi Qrupun 14 oktyabrda keçirilmiş görüşü zamanı qəbul edilmiş qərarlar barədə məlumat verib.
İclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası ilə bağlı görüləcək işlərin effektivliyinin artırılması üçün tematik tədbirlər, həmçinin onların icrası ilə bağlı məsul şəxslər müəyyən olunub.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir