Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri Şuşanın tarixi məkanları ilə tanış olublar
Şuşa, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, onlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib.
Dini liderlər şəhərin mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət edib, Şuşa şəhər qala divarları ilə tanış olublar.
Qonaqlar daha sonra Cıdır düzünə gedərək, oradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
ICESCO azadlıqlar və islami dəyərlər mövzusunda konfransa ev sahibliyi edib
Dövlət Komitəsi nəzir qutuları və ianələrlə bağlı əsassız ittihamlar səsləndirənlərə cavab verib
Azərbaycandakı dini konfessiya rəhbərləri Laçın yolundakı vəziyyətlə bağlı birgə bəyanat yayıblar