×
A
A
A
Sazlamalar

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin üçüncü görüşü keçirilir

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Bakıda Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin üçüncü görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının təsis edilməsi məramı ilə keçirilən tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev və digər şəxslər iştirak edirlər.

 

Din 2022-10-19 15:29:00