×
A
A
A
Sazlamalar

Elektrik enerjisinin Zəngəzur dəhlizi ilə ötürülməsi barədə müzakirələr aparılıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan-Türkiyə İkinci Enerji Forumunda elektrik enerjisinin Zəngəzur dəhlizi ilə ötürülməsi barədə müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Pərviz Şahbazov məlumat verib.
“Azərbaycan-Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz xətti, Naxçıvandan Türkiyəyə elektrik ixracı, Zəngəzur dəhlizi ilə elektrik enerjisinin ötürülməsi, eləcə də TPAO və BOTAŞ-la əməkdaşlığın genişləndirilməsinə dair səmərəli müzakirələr apardıq”,- deyə Pərviz Şahbazov bildirib.

Energetika 2022-10-06 17:03:00