×
A
A
A
Sazlamalar

Şirvanda şəhid ailələri ziyarət olunub

Şirvan, 6 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Vətən müharibəsi şəhidləri Alışanlı Amal Seyfəddin oğlunun və Məmmədov Xəqani Füzuli oğlunun anım günləri ərəfəsində ailələri ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İlkin Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev şəhidlərin ailə üzvləri ilə görüşüb.
Ziyarət zamanı Aynur Fərzəliyeva şəhidlərin ailələrinə başsağlığı verərək, Vətənə ləyaqətlə xidmət edən vətənpərvər övladlar böyütdükləri üçün onlara təşəkkür edib. Görüş zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan və Şanlı Zəfərdən söz açılıb. Şəhidlərimizin qanlarının yerdə qalmadığı, torpaqlarımızın işğaldan azad edildiyi, ərazi bütövlüyümüzün bərpa olunduğu vurğulanıb. Xalqımızın qürur və iftixarı olan müqəddəs şəhidlərimizin əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağı qeyd edilib. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının ölkənin bütün bölgələrində olduğu kimi, Şirvan şəhərində də mütəmadi davam etdirildiyi diqqətə çatdırılıb.
Görüş zamanı şəhidlərimizin keçdikləri döyüş yollarından, xatirələrindən söhbət açılıb. Onların döyüşlərdə göstərdiyi şəxsi igidliyin və şücaətin dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyi, Prezident İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif edildikləri qeyd olunub.
Şəhid ailələri onlara göstərilən həssas münasibətə, maddi və mənəvi köməyə görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Regionlar 2022-10-06 16:38:00