×
A
A
A
Sazlamalar

Pərviz Şahbazov: Türkiyə ilə birgə yeni layihələr üçün böyük imkanlar var

Bakı, 6 oktyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov İstanbulda keçirilən Azərbaycan-Türkiyə İkinci Enerji Forumu çərçivəsində Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmezlə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu haqda Pərviz Şahbazov məlumat verib.
“Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində qardaşım Fatih Dönmez ilə karbohidrogen, bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisi bazarı və tənzimləmə məsələləri üzrə İşçi qruplarının fəaliyyətini nəzərdən keçirdik. Birgə yeni layihələr üçün böyük imkanlar var”, - deyə nazir bildirib.

Energetika 2022-10-06 16:35:00