×
A
A
A
Sazlamalar

Azərbaycanın energetika naziri Vyanaya səfər edib

Bakı, 4 oktyabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov oktyabrın 5-də keçiriləcək OPEC+ ölkələri nazirlərinin 33-cü iclasında iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin martından bəri ilk dəfə oflayn rejimdə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan OPEC+ razılaşmasının iştirakçısıdır.

Energetika 2022-10-04 15:10:00