×
A
A
A
Sazlamalar

İraqın şimalında 23 PKK terrorçusu zərərsizləşdirilib VİDEO

İstanbul, 2 oktyabr, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq ərazisində keçirilən hava əməliyyatı nəticəsində ilkin məlumata əsasən, 23 PKK terrorçusu zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, əməliyyat Türkiyə sərhədindən 140 kilometr içəridə, İraqın şimalında yerləşən Asos bölgəsində həyata keçirilib.
Əməliyyat nəticəsində zərərsizləşdirilən terrorçu sayının artacağı gözlənilir.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2022-10-02 12:53:00

Video