×
A
A
A
Sazlamalar

2 saylı Uşaq Reabilitasiya Mərkəzində müalicə alan uşaqlar ahıllar evində olub

Bakı, 1 oktyabr, AZƏRTAC

Beynəlxalq Ahıllar Günü münasibətilə 2 saylı Uşaq Reabilitasiya Mərkəzində müalicə alan uşaqlar ahıllar evini ziyarət ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 saylı Uşaq Reabilitasiya Mərkəzində bərpa müalicəsi alan 18 yaşınadək əlilliyi olan şəxslərin, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan ahıllarla görüşü təşkil olunub.
18 yaşınadək əlilliyi olan şəxslər açıq havada ahıllarla birgə müxtəlif stolüstü oyunlar oynayıb, birlikdə rəsm çəkiblər. Çay süfrəsi ətrafında səmimi söhbətlərlə başa çatan görüş uşaqlar və ahıllar üçün xoş təəssürat yaradıb.
Görüş ahılların maraqlı vaxt keçirməsi və 18 yaşınadək əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyıb.

Sosial 2022-10-01 16:21:00