Moskva bütün üçtərəfli razılaşmaların tam və şərtsiz yerinə yetirilməsinə tərəfdardır
Moskva, 29 sentyabr, AZƏRTAC
Moskva Azərbaycan, Ermənistan və Rusiya arasında bağlanmış bütün razılaşmaların tam və şərtsiz yerinə yetirilməsinə tərəfdardır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə Ermənistan-Azərbaycan sərhədində son hadisələri şərh edərkən bildirib.
Diplomatın sözlərinə görə, ölkə liderlərinin imzaladığı üçtərəfli sənədlərdə “olduqca çox məsələ nəzərdə tutulub”. “Orada həm nəzəriyyə və təcrübə var, orada baş verənlərin təsdiq edilməsi və gələcək planlar var. Bu sənədlər, sadəcə, vasitəçi ilə ayrı-ayrı ölkələr arasında deyil, uzun tarixli bu münaqişənin bir hissəsi olan ölkələr arasında razılaşdırılıb. Məhz buna görə onlar çox dəyərlidir və bu səbəbdən, onlar xəyali yox, həqiqi yol xəritəsidir”, - deyən M.Zaxarova əlavə edib ki, bu razılaşmalar mərhələli şəkildə icra olunur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəzəryanı dövlətlərin xarici işlər nazirləri Moskvada görüşəcəklər
UNESCO artıq uzun illərdir kollektiv Qərbin geosiyasi təzyiq alətlərindən birinə çevrilib - ŞƏRH
Azərbaycanlı deputatlar Meksika ştatlarının yerli konqreslərində görüşlər keçiriblər